Cavad Zərif sabah Türkiyəyə səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Cavad Zərif sabah Türkiyəyə səfər edəcək

15:47 - 28 / 01 / 2021
Cavad Zərif sabah Türkiyəyə səfər edəcək

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif 29 yanvarda Türkiyəyə səfər edəcək.

1news.az xəbər verir ki, bu barədə APA-ya Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində iki ölkə arasında əlaqələr hərtərəfli müzakirə olunacaq.

Bundan başqa, Türkiyə və İran XİN başçılarının regional və beynəlxalq əlaqələrlə bağlı da danışıqlar aparması nəzərdə tutulub.

1news.az

Paylaş:
611

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər