Təhsil Nazirliyində vətəndaşların qəbulu aprelin 1-dək dayandırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyində vətəndaşların qəbulu aprelin 1-dək dayandırılır

16:18 - 28 / 01 / 2021
Təhsil Nazirliyində vətəndaşların qəbulu aprelin 1-dək dayandırılır

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 aprel 2021-ci il tarixinədək fəaliyyətini dayandırır.

Nazirlikdən verilən məlumata görə, bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (https://edu.gov.az, https://ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.

Təhsil Nazirliyinin rəsmi məlumatlarını nazirliyin rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən (https://www.facebook.com/tehsil.gov.azhttps://twitter.com/tehsilgovazhttps://www.instagram.com/edugovaz/,
https://www.youtube.com/user/tehsilgovaz, @edugovaz) izləmək tövsiyə edilir.

1news.az

Paylaş:
486

Son xəbərlər

Kəlbəcərə ilk köç olacaq

12 / 06 / 2025, 16:48
Bütün xəbərlər