Ötən il ən çox satılan avtomobil markası açıqlandı | 1news.az | Xəbərlər
Dünya

Ötən il ən çox satılan avtomobil markası açıqlandı

17:54 - 28 / 01 / 2021
Ötən il ən çox satılan avtomobil markası açıqlandı

Yaponiyanın "Toyota Motor" avtomobil konserni 2020-ci ildə bütün dünyada 9,53 milyon avtomobil satıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu, ötən il avtomobil bazarında qeydə alınan ən yüksək göstərici olub.

"Toyota" son beş il ərzində ilk dəfə "Volkswagen" konsernini keçərək birinci yerə çıxıb.

Alman şirkəti ötən il 9,3 milyon avtomobil satıb.

Ümumilikdə isə, ötən il dünya avtombil bazaırında satışlar 2019-cu illə müqayisədə 11,3 faiz azalıb.

1news.az

Paylaş:
745

Son xəbərlər

Bütün xəbərlər