Bu günün statistikası: 437 nəfər COVID-19-dan sağalıb, 209 nəfər yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 437 nəfər COVID-19-dan sağalıb, 209 nəfər yoluxub

17:09 - 28 / 01 / 2021
Bu günün statistikası: 437 nəfər COVID-19-dan sağalıb, 209 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 209 yeni yoluxma faktı qeydə alınıb, 437 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 793 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 154 nəfər müalicə olunaraq sağalıb, 3 113 nəfər vəfat edib, aktiv xəstə sayı 4 526 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 060, ötən müddət ərzində isə ümumilikdə 2 387 134 test aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
561

Son xəbərlər

Kəlbəcərə ilk köç olacaq

12 / 06 / 2025, 16:48
Bütün xəbərlər