Dövlət qulluğu üzrə test imtahanlarına qeydiyyat davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət qulluğu üzrə test imtahanlarına qeydiyyat davam edir

13:10 - 29 / 01 / 2021
Dövlət qulluğu üzrə test imtahanlarına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC və BA, BB qruplarına uyğun vəzifələr üzrə fevralın 19-da keçiriləcək test imtahanlarına qeydiyyat davam edir.

DİM-dən 1news.az-a bildirilib ki, A növünə aid olan imtahan kompüter, B növünə aid olan imtahan isə kağız daşıyıcılar vasitəsilə aparılacaq.

A növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 18-i saat 14:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahanda iştirak üçün 125 yer ayrılıb. Bu günə olan məlumata görə, 70 nəfər qeydiyyatdan keçib.

B növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 9-u saat 14:00-dək aparılacaq. İmtahanda iştirak üçün 2000 yer ayrılıb. Artıq 2000 nəfər qeydiyyatdan keçib və boş yer qalmayıb.

Əlavə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Qafar Ağayev

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər