Amerika Gəmiçilik Bürosu növbəti 5 il üçün ASCO-ya sertifikat verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Amerika Gəmiçilik Bürosu növbəti 5 il üçün ASCO-ya sertifikat verib

12:54 - 29 / 01 / 2021
Amerika Gəmiçilik Bürosu növbəti 5 il üçün ASCO-ya sertifikat verib

Nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO)  apardığı audit yekunlaşıb.

1news.az xəbər verir ki, aidiyyəti departamentlərdə və müxtəlif gəmilərdə aparılan audit nəticəsində ASCO-da keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi sahələrinə dair tətbiq edilən İnteqrasiya olunmuş İdarəetmə Sisteminin (İİS) İSO beynəlxalq idarəetmə standartlarına uyğunluğu təsdiqlənib. Nəticədə Təsnifat Cəmiyyəti ASCO-ya  növbəti 5 il üçün sertifikat təqdim edib.

Qeyd edək ki, İSO 9001-2008 (Keyfiyyətin idarə edilməsi), İSO 14001-2004 (Ekoloji menecment), İSO 50001-2011 (Enerji səmərəliliyi menecmenti) və OHSAS 18001-2007 (Peşə təhlükəsizliyi və əməyin mühafizəsinin idarə edilməsi) beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğun olaraq, ASCO üçün keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi sahələrinə dair İnteqrasiya olunmuş İdarəetmə Sistemi (İİS) işlənib və gəmilərdə tətbiq edilib.

Qafar Ağayev

Paylaş:
552

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər