Böyük Britaniyada Şuşa şəhəri haqqında məqalə yayımlanıb | 1news.az | Xəbərlər
Siyasət

Böyük Britaniyada Şuşa şəhəri haqqında məqalə yayımlanıb

15:01 - 01 / 02 / 2021
Böyük Britaniyada Şuşa şəhəri haqqında məqalə yayımlanıb

Böyük Britaniyada fəaliyyət göstərən soydaşımız Ülvi Pepinovanın "Azerbaijan in Focus" xəbər portalında “Şuşa – Azərbaycanın mənəvi, musiqi və mədəniyyət beşiyidir” adlı məqaləsi yerləşdirilib.

1news.az xəbər verir ki, məqalədə "Qafqazın konservatoriyası" adlandırılan Şuşa şəhərinin tarixi, milli-mədəni irsi, Azərbaycanın görkəmli şairlərinin, bəstəkarlarının və musiqiçilərinin vətəni olduğu barədə ətraflı məlumat verilib.

Ermənistanın 28 illik işğalı dönəmində Şuşanın mədəni soyqırıma məruz qaldığı, azərbaycanlıların tarixi irsinin bu şəhərdən də silinməsinə cəhd edildiyi nəzərə çatdırılıb: "Şuşanın, eləcə də bütün Qarabağ bölgəsində tarixi-mədəni irsin dağıdılmasından çox kədərlənən azərbaycanlılar hazırda xarabalıqlardan ibarət olan bu yerlərin bərpa olunmasının yeni dövrünə qədəm qoyurlar".

Xan qızı, şairə Xursidbanu Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəyovun və məşhur müğənni Bülbülün ermənilər tərəfindən güllələnmiş büstlərinin artıq Şuşaya qaytarıldığı, bu addımın öz evlərindən qovulmuş milyona yaxın azərbaycanlının uzun illər həsrətində olduğu Şuşaya və bütün Qarabağa tezliklə dönəcəyinin rəmzi kimi qəbul edildiyi vurğulanıb.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://azerfocus.com/shusha-the-spiritual-musical-and-artistic-genesis-of-azerbaijan/?fbclid=IwAR0EYk2R8eOZScWsG0AZ_0Ume68j16I2gg93FmLwmaxqsP13m5sJOXvoCUw

Qafar Ağayev

Paylaş:
542

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər