Myanmada hərbi çevriliş baş verib
Myanma prezidenti Vin Myin və ölkənin hakim "Demokratiya Uğrunda Milli Liqası" partiyasının rəhbəri Aun San Su Çji saxlanılıb.
1news.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi partiyanın mətbuat katibi Myo Nyintaya istinadən bildirib.
Onun dediklərinə görə, partiyanın digər yüksək vəzifəli nümayəndələri də tutulub.
M.Nyint yaxın zamanda tutulacağını gözlədiyini də əlavə etdi. Bildirilib ki, Aun San Su Çji Myanma hərbçiləri tərəfindən saxlanılıb.
Hərbçiləri ölkədə bir il müddətinə fövqəladə vəziyyət tətbiq olunduğunu elan ediblər. Bildirilib ki, müvafiq açıqlama ordu telekanalında yayımlanıb.
Məlumata əsasən, hərbçilər fövqəladə vəziyyətin tətbiqinə dair bəyannaməni ölkə vitse-prezidenti Myin Sve tərəfindən imzalandığını bildiriblər. Myin Sve onlar tərəfindən ölkənin prezidenti vəzifəsini icra edən təyin edilib.
Hərbçilər ölkədə hakimiyyətin Myanma silahlı qüvvələrinin baş komandanı Min Aun Hlainə veriləcəyini də söyləyiblər.
1news.az