Gürcüstanda son sutka ərzində 583 nəfər koronavirusa yoluxub | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda son sutka ərzində 583 nəfər koronavirusa yoluxub

11:52 - 04 / 02 / 2021
Gürcüstanda son sutka ərzində 583 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində 16 min 605 nəfərə koronavirusla əlaqədar test olunub. Nəticədə 583 nəfərdə koronavirus təsdiq olunub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 260 min 480-ə çatıb.

Son sutka ərzində 671 nəfər bu virusdan müalicə olunub. Ümumiyyətlə COVID-19 virusundan müalicə olunanların sayı 251 min 748 nəfərə çatıb.

Daha 19 nəfər pandemiyanın qurbanı olub və virusdan dünyasını dəyişənlərin ümumi sayı 3240-a çatıb.

Ölkədə gündəlik yoluxma əhalinin 3,51 faizini təşkil edir. Son bir həftə ərzində bu rəqəm 3,79, 14 gündə isə 4,41 faiz olub.

Hazırda karantin rejimində 430, stasionar nəzarətdə isə 2 341 nəfər saxlanılır.

1news.az

Paylaş:
569

Son xəbərlər

Bütün xəbərlər