YAP Avropa Xalq Partiyasına etiraz məktubu göndərib | 1news.az | Xəbərlər
Siyasət

YAP Avropa Xalq Partiyasına etiraz məktubu göndərib

12:55 - 05 / 02 / 2021
YAP Avropa Xalq Partiyasına etiraz məktubu göndərib

Yeni Azərbaycan Partiyası Avropa Xalq Partiyasının (EPP) Siyasi Assambleyasının (PA) 1 fevral 2021-ci il tarixli videokonfransında Azərbaycanla bağlı səsləndirdiyi qərəzli bəyanatla əlaqədar etiraz məktubu ünvanlayıb.

Partiyanın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, məktubda deyilir: “EPP PA üzvlərinin diqqətinə çatdırırıq ki, Azərbaycan 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın şərtlərinə tam əməl edir. Bu çərçivədə Azərbaycanla Ermənistan arasında yüzlərlə hərbi əsir, girov və cəsədlərin mübadiləsi həyata keçirilib və proses beynəlxalq normalara uyğun şəkildə davam etdirilir.

Lakin müharibəyə son qoyan 10 noyabr bəyanatından sonra Ermənistandan Azərbaycan ərazilərinə gələrək təxribat-diversiya əməlləri törədən və ələ keçirilən terrorçular müharibə əsirləri hesab oluna bilməz və onların məsələsi müvafiq qanunlar çərçivəsində öz həllini tapacaq.

Üstəlik, Azərbaycanın tələblərinə baxmayaraq, Ermənistan tərəfi birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş 4 mindən artıq Azərbaycan vətəndaşının taleyi və onların kütləvi dəfn olunduqları yerlər barədə məlumat verməkdən imtina edir.

Ermənistan vəziyyəti düzgün dəyərləndirməli, özünütəcridə gətirib çıxaran əvvəlki səhvlərini təkrarlamamalıdır. Bu baxımdan, beynəlxalq ictimaiyyət üçtərəfli bəyanatın tam icrasına, bölgədə sülhün və etimadın bərqərar olmasına və xalqlarımız arasında barışığa dəstək olmalıdır".

YAP-ın Avropa Xalq Partiyasına ünvanladığı etiraz məktubunda daha sonra qeyd olunur: “Azərbaycan münaqişənin əhatə etdiyi bölgələrdə yaşayan erməni mənşəli vətəndaşlarını özünün siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etməkdə qərarlıdır və özünün suverenliyi və ərazi bütövlüyü çərçivəsində etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının bərabər hüquq və azadlıqlarına təminat verir.

Ermənistan işğalının ağır nəticələrini aradan qaldırmaq, bu əraziləri partlamamış sursatlardan təmizləmək, bərpa və yenidənqurma işləri aparmaq çox çətin və böyük resurslar tələb edən işdir. Buna baxmayaraq, Azərbaycan artıq bütün bu işlərə və yüz minlərlə məcburi köçkünün öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli dönüşü üçün şərait yaratmağa başlayıb.

Onu da qeyd etmək lazımdır ki, çoxetnoslu və çoxdinli bir ölkə olaraq özünün mədəni müxtəlifliyi ilə fəxr edən Azərbaycan mənşəyindən asılı olmayaraq, bölgədəki bütün dini və mədəni irsin qorunmasına, bərpasına və istifadəsinə böyük önəm verəcək.

EPP PA üzvlərinə birtətəfli bəyanatlar səsləndirməzdən əvvəl məsələ barəsində daha ətraflı informasiya toplamağı tövsiyyə edirik".

S.Xankişiyeva

 

Paylaş:
582

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər