İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq - Türkiyəli səfir | 1news.az | Xəbərlər
Siyasət

İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq - Türkiyəli səfir

1news Redaksiyası13:20 - 06 / 02 / 2021
İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq - Türkiyəli səfir

İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq.

Trend-in məlumatına görə, bunu diplomatik missiyanın tərkibində Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə gördükləri mənzərə ibrət götürülməli vəziyyətdir:

"Cəbrayılın da digər azad edilmiş ərazilərdən fərqi yoxdur. Burada biz dağıntıların, mədəniyyət abidələrinin dağıdılmasının, hətta məzarların qarət olunmasının şahidi olduq. Qəbirlərin açılıb, sümüklərin ətrafa dağıdıldığını görürük. Bütün bunlar insanlıqdan kənardır və vəhşilikdir. Bunların hesabı mütləq sorulmalıdır".

S.Xankişiyeva

 

Paylaş:
617

Son xəbərlər

Paşinyan Putinə zəng etdi

07 / 10 / 2026, 15:24
Bütün xəbərlər