Xorvatiya səfiri: Cəbrayılda belə bir mənzərəni görmək doğrudan da çox ağrılıdır | 1news.az | Xəbərlər
Siyasət

Xorvatiya səfiri: Cəbrayılda belə bir mənzərəni görmək doğrudan da çox ağrılıdır

1news Redaksiyası14:37 - 06 / 02 / 2021
Xorvatiya səfiri: Cəbrayılda belə bir mənzərəni görmək doğrudan da çox ağrılıdır

Cəbrayılda belə bir mənzərəni görmək doğrudan da çox ağrılıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebic Cəbrayılda ermənilər tərəfindən törədilmiş dağıntılarla tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, xüsusilə qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılı bir səhnədir: “Bu kimi hallar bizə onu göstərir ki, bu cür hadisələr, münaqişələr baş verməməlidir və bir daha belə mənzərələri yaşamamalıyıq”.

S.Xankişiyeva

 

 

Paylaş:
658

Son xəbərlər

Paşinyan Putinə zəng etdi

07 / 10 / 2026, 15:24
Bütün xəbərlər