Britaniya dövlət nazirinin Azərbaycana səfəri başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Britaniya dövlət nazirinin Azərbaycana səfəri başlayıb

10:02 - 08 / 02 / 2021
Britaniya dövlət nazirinin Azərbaycana səfəri başlayıb

Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Mortonun Azərbaycana səfəri başlayıb. 

1news.az-ın xəbərinə görə, bu barədə Böyük britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter"də yazıb. 

Səfir qeyd edib: "Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton regiona ilk səfərini Bakıdan başladı". 

Qeyd edək ki, iki günlük səfər zamanı V.Morton xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında iştirak edəcək.

Nazirin səfəri Birləşmiş Krallıq ilə Azərbaycan arasında yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə sahələrində əməkdaşlıq əlaqələrinin gücləndirilməyə istiqamətlənəcək.

Azərbaycana ilk səfərində Nazir Morton, Prezident İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşlər keçirəcək, Dağlıq Qarabağdakı son münaqişədən sonra daha geniş Qafqaz regionunda insan haqları, sülh və sabitlik, o cümlədən daha möhkəm və uzunmüddətli sülhün qurulmasında qadınların oynadığı rolu müzakirə edəcək.

Bundan əlavə, Avropa Qonşuluğu üzrə Dövlət Naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında (9 fevral) iştirak edəcək və ətraf mühit və iqlim məsələlərində tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumunu imzalayacaq.

1news.az

Paylaş:
595

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər