“Azərbaycan qısa müddətdə azad edilmiş torpaqlarımıza böyük qayıdışı təmin edəcək” - DEPUTAT
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri tarixi böyük qayıdışımızın ilkin addımları kimi qiymətləndirilə bilər”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, əgər biz bu vaxta qədər bir neçə dəfə baş tutmş bənzər səfərlərdə işğaldan azad olunmuş torpaqlarımızda sadəcə Azərbaycan bayrağının qaldırılmasının qürurunu yaşayırdıqsa bu səfərdə artıq həyata keçirilmiş ilkin infrastruktur layihələrinin açılışının və təməlqoyma mərsimlərinin keçirilməsini görürük:
“Unutmamaliyıq ki, cəmisi bir neçə ay bundan öncə işğal edilmiş torpaqlarımızın azad olunması haqqında düşünürdük. Bu gün artıq Laçın rayonunun Güləbird kəndində inşa edilmiş su elektrik stansiyasının açılışından danışırıq. Təkcə bu hadisə hər bir azərbaycanlı üçün onun qəlbini fəxarət və qürurla dolduracaq bir hadisədir. Azərbaycan Prezidenti İlham Əliyev gələcəkdə bərpa ediləcək kənlərimizdən danışarkən bir məsələyə xüsusilə diqqət yetiriərək bu kəndlərimizin necə olacağı ilə bağlı fikirlərini sədələndirdi. Bəlli oldu ki, ağıllı kənd layihələri 5 əsas parametrinə görə fərqlənəcək və məskunlaşmada əsas kriteriya təşkil edəcək. Bunlar Zəngilan rayonunun birinci Ağalı kəndində tətbiq olunacaq “ağıllı kənd” layihəsi modelinə bənzər olmaqla 5 əsas komponent üzrə aparılacaq. Yəni yeni bərpa layihələri yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri kimi mühüm prinsiplər üzərində qurulacaq. Bu prinsiplər isə gələcək bərpa işlərində özünəməxsus model təşkil edəcək. Bu isə o deməkdir ki , işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşmaya paralel olaraq “ağıllı kənd təsərrüfatı” modeli üzrə paralel olaraq yeni iş yerləri də açılmaqla əhalinin məşğulluğu da təmin ediləcək. Eyni zamanda sosial obyektlərin inşası həmin ərazilərdə ən müxtəlif xidmətləri də həyata keçirməyə imkan verəcək”.
Deputatın sözlərinə görə, dolayısıyla məskunlaşma, iş yerlərinin yaradılması, sosial xidmətlərin göstərilməsi və bütün bunların “yaşıl enerji” təchizatı prinsipilə baş tutması məsələnin kompleks şəkildə və birdəfəlik həllinə yol açacaq:
“İşğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində də çoxsaylı su elektrik stansiyalarının tikiləcəyi və bunun üçün çox əlvrişli şərtlərin olduğunu bildirən Prezident İlham Əliyev bir daha erməni vandalizminə diqqət çəkərək terrorçu ermənilərin ərazilərimizi tərk edərkən olub-qalan infrastrurktur obyektlərimzi də dağıtdıqlarını bildirdi. Budan başqa Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla faktiki olaraq yeni dəmiryol infrastruktutunun yaradılması işinini də başlatmış oldu. Şübhəsiz ki, bu sektorda ən böyük layihə Azərbaycanı Naxşıvanla birləşdirəcək Meğri dəmir və avtomobil yolu infrastrukturu olacaq ki, bunu üçün də hazırlıq işləri aparılmaqdadır. Bu layihəni strateji layihə kimi dəyərləndirən Prezident onun qardaş Türkiyə ilə Azərbaycan arasında xüsusi əhəmiyyətli kommunikasiya olacağına da işarə etdi. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan cəmisi 44 gün kimi qısa bir müddətdə öz ərazi bütövlüyünü bərpa etdiyi kimi, elə eyni sürətlə də azad edilmiş torpaqlarımızda məskunlaşmanı və böyük qayıdışı təmin edəcək”.
1news.az