Cəmiyyət

Muğanbank Çinin “Bir Kəmər Bir Yol” layihəsinə (BRBR) qoşulan ilk Azərbaycan Bankı oldu

17:09 - 4 gün əvvəl
Muğanbank Çinin “Bir Kəmər Bir Yol” layihəsinə (BRBR) qoşulan ilk Azərbaycan Bankı oldu

Muğanbank dünyanın bir nömrəli bankı olan ICBC bank - Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan “Belt and Road Bankers Roundtable Mechanism” (BRBR - “Bir Kəmər-Bir Yol” Banklarının Dəyirmi Masası) mexanizminə tamhüquqlu üzv qəbul edilib. Bankın fəaliyyət profili və maliyyə göstəriciləri təhlil olunduqdan sonra Muğanbankın bu mexanizmə qoşulması barədə müsbər qərar verilib.

Ümumilikdə, 2017-ci ildə Çin nəhəngi ICBC bankın təşəbbüsü ilə yaradılan bu mexanizm Çinin “Bir Kəmər-Bir Yol” layihəsini dəstəkləyir və hədəfi əsasən “İpək yolu” boyu olan ölkələrin banklarını bir qurumda birləşdirərək qarşılıqlı fayda (Win-Win) prinsipi əsasındna birgə layihələr həyata keçirməkdir.

Fəaliyyəti ölkənin iqtisadi hədəfləri və siyasəti ilə tam üst-üstə düşən Muğanbank, BRBR mexanizminə qoşulan ilk və yeganə Azərbaycan bankıdır.

Qeyd edək ki, Çin hökuməti tərəfindən irəli sürülən və 60-dan çox ölkəni əhatə edən İpək Yolu İqtisadi Kəməri layihəsinə Qafqaz regionunda ilk dəstək verən Azərbaycan, Şərqlə Qərb arasında mühüm ticarət dəhlizində logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.

Reklam hüququnda

Son xəbərlər

Bütün xəbərlər

Next TV