Azərbaycanlı mütəxəssislərdən kənd təsərrüfatının inkişafına innovativ töhfə – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı mütəxəssislərdən kənd təsərrüfatının inkişafına innovativ töhfə – FOTO – VİDEO

S.Xankişiyeva15:40 - 25 / 02 / 2021
Azərbaycanlı mütəxəssislərdən kənd təsərrüfatının inkişafına innovativ töhfə – FOTO – VİDEO

Fermer təsərrüfatı, yaşayış, sənaye və anbar sahələrində temperatur və rütubət göstəricilərinə nəzarət problemi hər zaman aktual olub.

Düzgün və sabit temperatur və rütubət rejiminə riayət olunmaması qida və digər məhsulların xarab olması və yaxud istixana kimi yerlərdə meyvə-tərəvəzin tələfi ilə nəticələnə bilər. Həmçinin, temperaturun ani dəyişməsi istehsalatda qəzalar və digər təhlükəli nəticələrə gətirib çıxarır. Buna görə də bu cür nəticələrin və problemin baş verməsinin əvvəlcədən qarşısını almaq çox vacibdir.

Burada müasir texnologiyalar və ağıllı monitorinq və nəzarət sistemləri köməyə gəlir ki, bu da çətinliklərin qarşısını almağa kömək edəcək. Azərbaycanlı mütəxəssislər tərəfindən yaradılan innovativ «İqlime» monitorinq sistemi qapalı məkanın temperaturu və rütubəti gecə-gündüz izləyərək baş verə biləcək problem barədə xəbərdarlıq edəcəkdir. «İqlime» cihazı ilə siz, harada olduğunuzdan asılı olmayaraq, istənilən məkanın temperatur və rütubətinə 24 saat ərzində nəzarət edə biləcəksiniz. Həmin göstəricilər dəyişərsə, «İqlime» bu haqda zəng və ya SMS vasitəsilə dərhal xəbərdar edəcək. Sistemin bütün üstünlüklərindən tam şəkildə yararlanmaq üçün Android və iOS platformaları üzərindən fəaliyyət göstərən xüsusi mobil tətbiq istifadəyə verilib.

«İqlime» həmçinin anbarlar, apteklər və dükanlar, marketlər, server otaqları və xüsusi temperatur və rütubət rejimini tələb edən digər məkanlarda istifadə oluna bilər. Üstəlik, sistemi öz evinizdə temperatur və rütubəti daim nəzarətdə saxlamaq üçün də istifadə etmək olar.

Qeyd edək ki, «İqlime» sistemi Proqram Təminatı tərtibatçısı və Binanı İdarəetmə sahəsində çalışan yerli “Kibrit.Tech” İT şirkəti tərəfindən yaradılıb. Layihənin əsas məqsədi ölkənin kənd təsərrüfatının texniki inkişafına xidmət etmək, kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılmasına təkan vermək və istixana sahiblərinin işini asanlaşdırmaqdır.

2021-ci ilin fevral ayında “Kibrit.Tech” şirkəti özünün «İqlime» məhsulu ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin Mingəçevir Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alındı.

«İqlime» sistemi barədə daha ətraflı məlumat https://www.iqlime.az/ saytı vasitəsilə və yaxud (+994 12) 377 00 37 nömrəsinə zəng edib əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
924

Son xəbərlər

Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58
Bütün xəbərlər