Mətbuat katibi: “Paşinyanı “İsgəndər”lər barədə səhv məlumatlandırıblar” | 1news.az | Xəbərlər
Ermənistan

Mətbuat katibi: “Paşinyanı “İsgəndər”lər barədə səhv məlumatlandırıblar”

14:36 - 01 / 03 / 2021
Mətbuat katibi: “Paşinyanı “İsgəndər”lər barədə səhv məlumatlandırıblar”

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın “İsgəndər” operativ-taktiki raketlərinin effektivliyi ilə bağlı yanlış məlumatlandırılıb.

1news.az bildirir ki, APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyan bildirib.

Onun sözlərinə görə, N. Paşinyanın açıqlamasına səhv məlumatlar səbəb olub və o, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da bildirib.

“Ermənistan Baş Naziri ilə Rusiya Prezidenti arasında baş tutan telefon danışığı zamanı, digər məsələlərlə yanaşı, Baş nazirin “İsgəndər” raket sistemlərinin Ermənistan tərəfindən istifadəsinə dair açıqlaması müzakirə olunub. Ermənistan Baş naziri faktları və məlumatları müqayisə edərək bu qənaətə gəlib ki, o, vəziyyətlə bağlı səhv məlumatlandırılıb. Bundan əlavə, Baş nazirin açıqlamasının hərbi və hərbi-sənaye əməkdaşlığı sahəsində Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətlərinə aidiyyəti yoxdur. Şübhə yoxdur ki, Rusiya silahları dünyanın ən yaxşı silahlarından biridir. Ermənistan Respublikası Rusiya Federasiyası ilə hərbi sənaye və yüksək texnologiyalar sahəsində sıx əməkdaşlığı davam etdirir və onu daha da dərinləşdirmək üçün addımlar atmaq niyyətindədir”, - deyə M. Gevorqyan qeyd edib.

Xatırladaq ki, fevralın 23-də "1in.am"a verdiyi müsahibədə N. Paşinyan Ermənistana təhvil verilən “İsgəndər” raket sisteminin keyfiyyətinə şübhə etdiyini bildirib.

Paylaş:
639

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər