Paytaxtın Binəqədi rayonunda yeni “McDonald’s” restoranı açılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın Binəqədi rayonunda yeni “McDonald’s” restoranı açılıb – FOTO

15:30 - 04 / 03 / 2021
Paytaxtın Binəqədi rayonunda yeni “McDonald’s” restoranı açılıb – FOTO

Martın 2-də Bakıda yeni “McDonald’s” restoranı açılıb.

Qida sənayesinin ən müasir texnologiyalarının tələblərinə cavab verən avadanlıqla təchiz edilmiş və özünəməxsus dizaynı ilə fərqlənən yeni “McDonald’s” restoranı Binəqədi rayonunun Şövkət Məmmədova küçəsi 2 ünvanında yerləşir.

Yeni və unikal dizayna malik məkanda müştərilər özlərini rahat və komfortlu hiss edəcəklər. “McDonald's” şəbəkəsinin bu cür innovativ dizayna malik Azərbaycanda ilk, Avropada isə birinci restoranlarından olması bu restoranı müştərilər üçün daha maraqlı edir.

Məkanda MakAvto, “McDelivery” və yeni sistemlərin tətbiqi ilə sürəti və keyfiyyəti günü-gündən daha da yüksələn zalda xidmət qonaqları üçün qapıları açıb.

Yeni açılmış “McDonald’s” restoranında həmçinin Bakı sakinlərinin və paytaxt qonaqlarının bəyənmiş olduğu interaktiv özünəxidmət köşkü də mövcuddur. Sifariş vermənin bu rahat üsulundan faydalanan qonaqlar sensor ekrandan istifadə etməklə dadlı menyudan seçimlərini edə, ödənişi isə sifarişi qəbul edərkən bank kartı və ya nağd şəkildə həyata keçirə bilirlər.

Xatırladaq ki, Azərbaycanda ilk “McDonald’s” restoranı 1999-cu il noyabrın 6-da Bakı şəhərində yerləşən Fəvvarələr meydanında açılıb.

“McDonald’s” restoranlarının iş qrafiki ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz.

Rəsmi sayt: https://mcdonalds.az/

Instagram: @mcdonalds.az

Facebook: @McDonalds.az

Paylaş:
5475

Son xəbərlər

Bütün xəbərlər