Norveçdə yaşayan uşaqların iştirakı ilə Abdulla Şaiqin yubileyi ilə əlaqədar görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Norveçdə yaşayan uşaqların iştirakı ilə Abdulla Şaiqin yubileyi ilə əlaqədar görüş keçirilib - FOTO

11:04 - 04 / 03 / 2021
Norveçdə yaşayan uşaqların iştirakı ilə Abdulla Şaiqin yubileyi ilə əlaqədar görüş keçirilib - FOTO

Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə uşaq ədəbiyyatının banisi, görkəmli ədibimiz Abdulla Şaiqin yubileyi ilə əlaqədar “Abdulla Şaiq – 140” adlı zoom görüş təşkil edilib.

1news.az xəbər verir ki, görüşdə “Güllünün şeirləri” ilə uşaqların qəlbinə yol tapan, istedadlı və sevmli yazıçımız Zaur Ustac və Qax rayon C.Cabbarlı adına mərkəzi kitabxananın informasiya resurs şöbəsin müdiri Əsli İbrahimova da iştirak ediblər.

Görüşdə ilk olaraq uşaqlara Ə.İbrahimova tərəfindən hazırlanmış “Abdulla Şaiq -140” video-çarxı təqdim edilib, görkəmli şairimizin həyat və yaradıcılığı haqqında məlumat verilib. İstedadlı şairimiz Z.Ustac A.Şaiqin ilk uşaq yazıçısı olduğunu, bir-birində fərqli axıcı və uşaqlar üçün maraqlı mövzularda povest, hekayə və şeirlər yazdığını bildirib.

A.Şaiqin uşaq ədəbiyyatına gəlməsindən danışan Z.Ustac bildirib ki, ədibimiz uşaqlar üçün ədəbi materialların az olduğunu gördükdə belə maraqlı, sevilən və tərbiyəvi əhəmiyyəti olan əsərlər yazıb yaratmağa başlayıb. A.Şaiq yaradıcılığından müxtəlif əsərlər səsləndirən Z.Ustac Ana dilini öyrənmək üçün şairin yaradıcılığının çox gözəl və düzgün seçilmiş bir metod olduğunu qeyd edib.

Ə.İbrahimovada bir kitabxanaçı kimi A.Şaiq yaradıcılığının müasir gənclərimizə çatdırmağın vacib olduğunu bildirib və çalışdığı kitabxanada bu istiqamətdə işlərin görüldüyünü qeyd edib. Pandemiyanın bütün dünyada tüğyan etdiyi bir dövrdə Ə.İbrahimova görkəmli yazıçı və şairlərimiz haqqında müxtəlif video-çarxlar hazırlayaraq sosial şəbəkədə gənclərimiz və uşaqlarımız ilə bölüşür və onların ədəbi cəhətdən zənginləşməsinə kömək edir.

Tədbirin davamında A.Şaiqin ədəbi zənginliyi ilə fərqlənən müxtəlif əsərləri ilə uşaqlarımızı tanış edən Ə.İbrahimova Ana dilimizi öyrənməyin vacibliyini vurğulayıb.

Yevlax rayon Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi İnarə Cəfərovanın şagirdi Aylan Süleymanlının söylədiyi “Xoruz” şeiri Oslodakı Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri tərəfindən maraqla qarşılanıb və aralarında fikir mübadiləsi olub.

Uşaqlar həmişə olduğu kimi görüşdə fəallıq göstərərək mahnı və şeirlər söyləyib, qonaqlara suallar veriblər.

Tədbirdə iştirak edən Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri: Aida xanım Ramberg, Ənvər Ramberg, Həmid Əli, Elsay Şekari, Fərid Muradov, Altay Bagheri, Sabina Ramberg, Şanay Şekari, Sabina Luisa Hidayati, Selina Alvand Vahed, Yevlax rayon Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbinin şagirdi Aylan Süleymanlı və Bakı şəhəri Arif Hüseynzadə adına tam orta məktəb-liseyin şagirdi Tuncay Şəhrili “Abdulla Şaiq – 140” yubiley diplomu ilə təltif olunublar.

Qeyd edək ki, Arzu Rzayevanın rəhbərliyi ilə Ana dili dərsimizdə çox maraqlı keçib, uşaqlarımız yeni hərf, söz, rənglər, güllər və rəqəmlər öyrənmişdilər. Onlar fikirlərini Ana dilində müxtəlif cümlələrlə ifadə etmişdilər.

1news.az

Paylaş:
830

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər