Apreldə Bakıda xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş konqres keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Apreldə Bakıda xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş konqres keçiriləcək

17:23 - 04 / 03 / 2021
Apreldə Bakıda xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş konqres keçiriləcək

17-18 aprel tarixlərində xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 3-cü “Fərqli Fərdlər” Konqresi keçiriləcək. Builki konqresin fərqli cəhəti ondan ibarətdir ki, tədbirin əhatə etdiyi mövzular daha da genişlənərək, nəinki xüsusi qayğıya ehtiyacı olan uşaqları, eləcə də böyükləri ehtiva edəcək.

Tədbir çərçivəsində əsas diqqət pandemiya ilə əlaqədar ekstremal iş şəraitində, o cümlədən hərbi əməliyyatlarda iştirak edən şəxslərin sosial-psixoloji adaptasiyası probleminə yönəldiləcək. Pandemiya ilə əlaqədar olaraq, beynəlxalq konqres “onlayn” formatda təşkil olunacaq.

Sayca üçüncü olan bu konqresin məqsədi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əksini tapmış dinamik və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyən edilmiş inkişaf təmayülünü dəstəkləməkdir.

Konqres əsnasında Azərbaycan, İsveç, Rusiya və Finlandiyadan mütəxəssislərin iştirakı ilə 5 istiqamətdə müzakirələr aparılacaq:

  • Diaqnostika məsələləri (hər ölkə üçün diaqnostika testlərinin unikallığının vacibliyi, uşaq və böyüklərə diaqnoz qoyuluşunda fərq, “autizm” diaqnozunun qoyulması, hiper-diaqnostika təhlükəsi, qidalanma pozuntusu, biopolyar pozuntular, kleptomaniya, DƏHS, disleksiya);
  • Diaqnostika, müşayiət və korreksiya üçün mütəxəssisin düzgün seçilməsi;
  • Karantin dövründə xüsusi qayğıya ehtiyacı olan uşaq və böyüklərin həyatı və s.;
  • Xüsusi qayğıya ehtiyacı olan uşaqların orta məktəbdən sonrakı gələcəyi. Onların ali təhsil ocaqları və iş yerlərindəki gələcək həyatı;
  • Xüsusi sessiya - post-travmatik sindrom (PTS). Həlak olmuş əsgərlərin ailələrinə və cəbhədən qayıdan əsgərlərə psixoloji dəstək. Digər PTS halları.

Konqres çərçivəsində seminar və simpoziumların, eləcə də digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

“Fərqli Fərdlər” Konqresi “Caspian Event Organisers” şirkətinin və “Edutainment.az” təhsil strukturunun təşəbbüsü ilə təşkil olunur. Həmçinin, konqresin tərəfdaş və dostları arasında Azərbaycan Dövlət Reklam Agentliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Agentliyi, “ACE Group Consultants” və “CTS Translation” şirkətləri yer alır. Təşkilatçılar Azərbaycanda inklüziv cəmiyyətin inkişafına dəstək verməkdə maraqlı olan şəxsləri “Fərqli Fərdlər” Konqresinin tərəfdaşlarına qoşulmağa dəvət edir. Təşkilat komitəsi ilə əlaqə üçün e-poçt: [email protected].

“Fərqli Fərdlər” haqqında ən son xəbərləri bizim “Facebook” səhifəmizdən izləyə bilərsiniz (https://www.facebook.com/ferqliferdlercongress).

Paylaş:
297

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər