Azərbaycan Dayanıqlı İnkişaf Gündəliyinin icrasına yüksək diqqət göstərir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Dayanıqlı İnkişaf Gündəliyinin icrasına yüksək diqqət göstərir

S.Xankişiyeva09:11 - 05 / 03 / 2021
Azərbaycan Dayanıqlı İnkişaf Gündəliyinin icrasına yüksək diqqət göstərir

1992-ci il mart ayının 2-də Azərbaycan Birləşmiş Millətlər Təşkilatının tam hüquqlu üzvü oldu. Məhz o müddətdən Azərbaycan BMT-nin alt strukturlarının akkreditasiyasını həyata keçirməklə onlarla hərtərəfli, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq edir. 29 il davam edən bu əməkdaşlıq tarixini əsasən üç mərhələyə bölmək olar.

1992-1999 – cu illəri əhatə edən birinci mərhələ Azərbaycanın müstəqilliyini yeni əldə etdiyi dövrə təsadüf edir. Mövcud iqtisadi çətinliklər, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsinin yaratdığı gərginlik ölkəni ciddi problemlərlə üz-üzə qoydu. Məhz o dövrdə BMT və onun alt strukturları ilə edilən uğurlu əməkdaşlıq nəticəsində bu problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görüldü.

İkinci mərhələni əhatə edən 2000-2015 – ci illərdə BMT-nin strukturları Azərbaycanın qəbul olunmuş milli strategiyalarına, habelə “Minilliyin İnkişaf Məqsədləri”ndə öz əksini tapmış 8 hədəfə uyğun olaraq vacib layihələr həyata keçirdilər.

Üçüncü mərhələ isə 2016-cı ildən başlamışdır. Burada BMT-nin alt strukturları artıq sosial-iqtisadi baxımdan dayanıqlılığı və davamlılığı təmin etmiş, hökumətə beynəlxalq təcrübəni nəzərə almaqla texniki dəstək göstərmişdir. Həmçinin, bu mərhələdə BMT Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlarda qazandığı təcrübəni innovativ, nümunə model kimi digər inkişafda olan dövlətlərin də öyrənməsi üçün vasitəçilik missiyasını da həyata keçirir.

Bu 29 il müddətində BMT yerli ofisi vasitəsilə beş il müddətində nəzərdə tutulmuş dörd Çərçivə Sənədini – “2000-2004 – cü illər üçün BMT-nin Sənaye İnkişafına Yardım Çərçivə Sənədi”, “2005-2009 – cu illər üçün BMT-nin İnkişafa Yardım Çərçivə Sənədi”, “2011-2015 – ci illər üçün BMT-nin Azərbaycanda İnkişafa Yardım Çərçivə Sənədi”, “2016-2020 – ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi”ni icra etmişdir.

01 mart 2021-ci il tarixində Azərbaycan hökuməti və BMT arasında formalaşmış yüksək səviyyəli münasibətlərin fonunda Azərbaycan Respublikasının İqtisadiyyat naziri və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin iştirakı ilə imzalanan növbəti 5-ci “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” özündə heç kimin kənarda qalmaması, insan hüquqları, gender bərabərliyi, dayanıqlı inkişaf, davamlılıq və cavabdehlik prinsiplərini ehtiva edir. Sənəddə həmçinin işğaldan azad edilmiş ərazilərdə dirçəliş və quruculuq işlərini əhatə edən istiqamətlərin yer alması üçün birgə fəaliyyətin həyata keçirilməsi məsələləri də prioritetdir və bu ərazilərin minalardan təmizlənməsi, orada yaşayacaq insanlar üçün normal həyat şəraitinin yaradılması, bərpa və quruculuq işlərində BMT-nin ixtisaslaşmış strukturlarının iştirakının hədəf olduğu da gələcək müzakirələrin əsası olacaqdır.

Azərbaycan üçün faydalı olan imzalanmış bu Sənəddə uğurla icra edilən Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflər öz əksini tapmışdır. Bu da ölkəmizin “2030-cu il Dayanıqlı İnkişaf Gündəliyi”nə və onun icrasına göstərdiyi yüksək diqqətin bariz nümunəsidir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
240

Son xəbərlər

Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:28Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11
Bütün xəbərlər