13 yaşlı qıza əxlaqsız hərəkət edən müdir həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

13 yaşlı qıza əxlaqsız hərəkət edən müdir həbs edildi

Qafar Ağayev11:51 - 26 / 03 / 2021
13 yaşlı qıza əxlaqsız hərəkət edən müdir həbs edildi

Ucar rayonunda mədəniyyət evinin müdiri həbs edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri, 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. R Hüseynov Azərbaycan Respublikasının cinayət məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.

Qeyd edək ki, R. Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

Paylaş:
510

Son xəbərlər

Bütün xəbərlər