Vaksinlərin qeyri-bərabər paylanması iqtisadi və epidemioloji özünüməhv deməkdir - ÜST | 1news.az | Xəbərlər
Dünya

Vaksinlərin qeyri-bərabər paylanması iqtisadi və epidemioloji özünüməhv deməkdir - ÜST

16:30 - 29 / 03 / 2021
Vaksinlərin qeyri-bərabər paylanması iqtisadi və epidemioloji özünüməhv deməkdir - ÜST

COVAX qlobal təşəbbüsü çərçivəsində COVID-19-a qarşı peyvənd olunanların sayında zəngin və kasıb ölkələr arasında fərq gündən-günə artır.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Gebreyesus deyib.

O bildirib ki, vaksinlərin qeyri-bərabər paylanması təkcə mənəvi utanc deyil, həm də iqtisadi və epidemioloji özünüməhv deməkdir:

"Virus yayıldıqca, insanlar ölməyə davam edəcək. Ticarət və səyahət sferaları qeyri-stabil qalacaq, iqtisadiyyatın bərpası isə daha uzun müddətə ləngiyəcək".

ÜST rəhbəri dünya ölkələrini peyvəndləmə prosesinə 2021-ci ilin ilk 100 günü ərzində başlamağa çağırıb.

1news.az

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər