Havada toz dumanı müşahidə olunur
Havada toz dumanı müşahidə olunur
Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.
Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.
Avtomat monitorinq stansiyasından əldə olunan məlumata görə Bakıda tozun miqdarı normadan 3.8 dəfə artıqdır.
468