Gözümüzü kim qorxudur? – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Gözümüzü kim qorxudur? – VİDEO

S.Xankişiyeva10:05 - 01 / 04 / 2021
Gözümüzü kim qorxudur? – VİDEO

100 ölç, 1 ağır çəkiliyə üstünlük ver!

Hər həftə fərqli axtarış səhifələrində 765 mindən çox sorğu “toyuq”, “toyuqdan hazırlanan yeməklər” sözləri ilə başlayır. Nisbətən daha baha olan mal əti, qoyun ətinin fonunda toyuq alıcılar üçün daha büdcəli məhsul sayılır.

Bu məhsulun da çeşidləri alıcını çətinliyə salır. Araşdırmaçı, seçici istehlakçı keyfiyyətli toyuğu 10-15 saniyəyə seçə bilir. Bəs digərləri?

Əksər alıcılar “Word-of-Mouth” üsulu, yəni dildən-dilə gəzən söhbətlərə görə seçimini müəyyən edə bilir. Təəssüf ki, bu üsul bəzi məhsullara tətbiq edildiyində təhlükəli ola bilir. Toyuqlar haqqında yalnış məlumatı yaymaq kimin işinə yarayır?

-istehsal müəssisəsində çoxsayda xəstə, inkişafdan qalmış toyuqları olanlar (belə insafsız istehsalçılar bu məhsulları bazara çıxarıb alıcını aldadırlar.)

-Müxtəlif xəstəliklərdən ölmüş toyuqları xarici bazardan su qiymətinə alıb yerli bazarda qeyri-qanuni yollarla satışa çıxaranlar

Məhz belə ticarətçilər iri toyuqlar haqqında qorxunc miflər yaymaqla istehlakçını çaşdırır, öz keyfiyyətsiz məhsulunu sağlam, təbii adı ilə alıcılara sırıyırlar.

Bəs siz toyuq alarkən nəyə diqqət edirsiniz? İri yoxsa kiçik toyuq alırsınız? İstehsalçının kimliyi sizi maraqlandırırmı? İnternetdə yayılan fotolardan təsirlənib etibarlı quşçuluq şirkətinin toyuğu əvəzinə naməlum istehsalçının məhsulunu alacaq yalnışı edənlərdənsinizmi? Gəlin bir neçə dəqiqəmizi bu məhsulu yaxından tanımağa sərf edək və bütün qaranlıq suallara aydınlıq gətirək - sualları mütəxəssisə ünvanlayaraq.

- Seçim qarşısında qalanda hansına üstünlük verirsiniz, iri yaxud kiçik həcmli toyuq?

- Əlbəttə ki, iri çəkili toyuğa.

-Səbəbini izah edə bilərsinizmi?

-Səbəb:

a. İri çəkili toyuq öz qida dəyərinə görə kiçik toyuqdan daha zəngindir (toyuq yaşa dolduqcan daha çox yağ, zülal, vitamin və minerallar onun ətində toplanır).

b. Daha çox qənaət etmiş oluram (çünki böyük toyuq qiymətcə ucuz və ət çıxarı yüksəkdir)

c. Daha erkən yaşda cücələrin ölümünə səbəb olmuram

- İri həcmli dedikdə hansı çəkidə olan toyuqları nəzərdə tutursunuz?

Bu anlayış nisbidir lakin xalq arasında 1,5 kq-dan böyük olan toyuqlar nəzərdə tutulur.

- Sağlam toyuq neçə kq olmalıdır?

Bu anlayış nisbidir bu toyuğun cinsi, yaşı və cinsiyyətindən aslıdır. Hər bir toyuğun cinsinə müvafiq olaraq müxtəlif yaş kateqoriyalarına uyğun çəki göstəriciləri mövcuddur.

- Deyirlər, iri toyuqların işgənəsi (bulyonu) dadsız olur. Həqiqətənmi belədir?

-Bu yanlış fikirdir, əksinə toyuq yaşa dolduqca daha çox yağ, zülal, vitamin və minerallar onun ətində toplanır. Sadəcə bir məsələni fərqləndirməyi bacarmalıyıq. Bir var iri toyuq bir də var yumurta məhsulu alınaraq istismar olunmuş və ət kimi satılan və ət dəyəri aşağı olan toyuq.

-İstehlakçını ən çox narahat edən sual belə toyuqların yetişdirilməsi ilə bağlıdır. Fərziyyələrə görə toyuqların 40 gündə bu həcmə çatması üçün onlara hormonlar, iynə və dərmanlar vurulur. Bu nə qədər əsaslı məlumatdır?

- Ümumiyyətlə heç bir toyuğa və kənd təsərrüfatı heyvanına məhsuldarlıq artırmaq üçün hormon vurulmur səbəb:

1.Baha başa gəlir

2.Heyvan rifahı haqqında qanunun tələbləri pozulur

3.Qida haqqında qanunun tələblərinə ziddir

-Necə olur ki, kənd toyuğu 60-70 günə yetişdiyi halda quşçuluq fabrikindəki toyuqlar 40-42 günə 2 kq qədər böyüyür?

-Bütün heyvanların ulu əcdadına baxsaq hamısı cılız və zəifdir. Sadəcə elmə əsaslandırılmış seleksiya işi aparılaraq hazırkı toyuq cinsləri alınmışdır. Bu proses hazırda da davam edir. Məsələn: 1000 toyuq eyni bəslənmə və yemlənmə şəraitində saxlanılsa da, heç də hamısı eyni böyümür. Bunlardan 10 daha yaxşı böyüyüb inkişaf edən toyuqlar seçilir. Sonra həmin 10 toyuqdan 1000 toyuq alınır.Yenə bu 1000-dən 10 iri,sağlam toyuq seçilir və beləliklə daha tez çəki artımına malik toyuqlar yetişir. Bu proses mütəmadi olaraq təkrarlanır. Bu prosesə zootexniki və seleksiya qanununa uyğunluqlar da əlavə olunur. Beləliklə ətlik cins, yaxud yumurtalıq cins toyuqlar yetişir. Kənd toyuğu anlayışına gəlincə- ümumiyyətlə zootexniki olaraq belə cins yoxdur və xalq arasında yayılan uydurma termindir. Cinsi bilinməyən və cins qarışığı olan toyuqlara, yaxud da seleksiya işi yekunlaşmamış hər hansı bir cinsə kənd toyuğu deyirlər. Aydın məsələdir ki, belə toyuğun məhsuldarlığı aşağı olacaq.

Qeyd edək ki, sualları “Mərcan” quşçuluq fermasının Yetişdirmə departamentinin direktoru, Aqrar üzrə fəlsəfə doktoru Asəf Ömərov cavablandırdı.

Reklam hüququnda

Paylaş:
4074

Sizin üçün xəbərlər

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər