Paşinyan özünü təcrid etdi - Putinlə görüşmək üçün | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan özünü təcrid etdi - Putinlə görüşmək üçün

15:29 - 02 / 04 / 2021
Paşinyan özünü təcrid etdi - Putinlə görüşmək üçün

Aprelin 7-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü gözlənilir.

Ermənistan mediasında yer alan xəbərlərə görə, görüşdə "bir sıra ciddi, aktual və önəmli məsələlər müzakirə ediləcək".

Görüşlə bağlı məlumatı Ermənistan hökumətinin mətbuat xidmətinin rəhbəri Mane Gevorkyan da təsdiqləyib.

Moskvadakı görüşlə bağlı olaraq N.Paşinyan bu gündən etibarən özünütəcrid rejimində çalışmağa başlayıb.

"Şəxsi qəbullar və ictimai tədbirlər istisna olmaqla baş nazir planda nəzərdə tutulmuş rejimdə çalışır", - M.Gevorkyan söyləyib.

Martın 28-də N.Paşinyan iyunun 20-də ölkədə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı baş nazir postundan istefa verəcəyini bəyan edib. O, seçki gününədək baş nazir səlahiyyətlərini icra edəcəyini açıqlayıb.

Daha sonra, martın 30-da isə baş nazir aparatının rəhbəri Arsen Torosyan demişdi ki, Nikol Paşiyan 20 aprel-5 may arasında istefa verəcək.

Kreml isə Paşinyanın bu bəyanatının "təcili söhbət"i zəruri etmədiyini bildirib. Rusiya prezidenti V.Putinin mətbuat katibi Dmitri Peskovun dediyinə görə, "iki ölkə liderləri bu yaxınlarda danışıblar, təmaslar daimidir".

Noyabrın 9-dan 10-da keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla 44 günlük İkinci Qarabağ Müharibəsinin başa çatmasından bəri Ermənistanda çox ağır siyasi, iqtisadi və maliyyə böhranı başlayıb. Ermənistan müxalifəti N.Paşinyanı Azərbaycan qarşısında kapitulyasiyada suçlayır.

Ölkədə kütləvi etiraz aksiyaları səngimir.

1news.az

Paylaş:
616

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər