Bakı Nəqliyyat Agentliyi güclü küləkə bağlı sərnişinlərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Nəqliyyat Agentliyi güclü küləkə bağlı sərnişinlərə müraciət edib

Qafar Ağayev09:20 - 06 / 04 / 2021
Bakı Nəqliyyat Agentliyi güclü küləkə bağlı sərnişinlərə müraciət edib

Bakı Nəqliyyat Agentliyi (BNA) güclü küləkə bağlı sərnişinlərə müraciət edib.

1news.az-a məlumatına görə, BNA hazırda davam edən güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırır:

"Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiniz".

Paylaş:
1060

Son xəbərlər

Bütün xəbərlər