Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

Qafar Ağayev10:06 - 06 / 04 / 2021
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarədən 1news.az-a verilən məlumatda bildirilir ki, hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar, Baş Dövlət Yol Polisi İdarəsi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, belə havada sürücülər tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının da yüksək olmasını nəzərə alaraq, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

Bununla yanaşı, güclü küləyin əsməsini nəzərə alaraq, piyadalar da yollarda və küçələrdə təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, əsasən də hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

Bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, həmçinin avtomobillərinə hər hansı ziyan dəyməməsi üçün son dərəcə diqqətli və ehtiyatlı olmaq tövsiyə edilir.

Paylaş:
439

Son xəbərlər

FHN: Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 09:26Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:21İranda növbədənkənar prezident seçkiləri başlayıbBu gün, 09:07Bakıda hazırda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 09:06Lerikdə zəlzələ olub, digər rayonlarda da hiss olunubBu gün, 08:59Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 08:57Xankəndi şəhərinin iqtisadi imkanları ilə tanışlıq - FOTO27 / 06 / 2024, 19:21TƏBİB-in icraçı direktoru: Tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur27 / 06 / 2024, 17:48Baş Prokurorluq işəgötürənlərə müraciət etdi27 / 06 / 2024, 17:35Arif Quliyevin həyat yoldaşı vəfat etdi27 / 06 / 2024, 17:31Sevinc Fətəliyeva: Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün ən əsas məsələdir27 / 06 / 2024, 17:21Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edilib27 / 06 / 2024, 17:12Rusiya gəmiləri Bakıya dostluq səfəri ediblər - FOTO27 / 06 / 2024, 17:04“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb27 / 06 / 2024, 16:58İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib27 / 06 / 2024, 16:34Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb27 / 06 / 2024, 16:20Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir27 / 06 / 2024, 16:16Azərbaycanda Dünya Ətraf Mühit Günü keçiriləcək27 / 06 / 2024, 16:11Prezident BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib - YENİLƏNİB27 / 06 / 2024, 15:55Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir27 / 06 / 2024, 15:44
Bütün xəbərlər