Naqif Həmzəyev: “Beynəlxalq məhkəmələrdə öz haqqımızı tələb edəndə bu hesabatların köməyi olacaq” | 1news.az | Xəbərlər
Siyasət

Naqif Həmzəyev: “Beynəlxalq məhkəmələrdə öz haqqımızı tələb edəndə bu hesabatların köməyi olacaq”

Qafar Ağayev17:01 - 08 / 04 / 2021
Naqif Həmzəyev: “Beynəlxalq məhkəmələrdə öz haqqımızı tələb edəndə bu hesabatların köməyi olacaq”

“Amnesty International” təşkilatı 44 günlük Vətən müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda törətdiyi hərbi cinayətlərə dair məruzə yayıb.

Məruzədə qeyd olunur ki, müharibə vaxtı nümayiş etdirilən videogörüntülərdə hərbi əsirlərlə kobud rəftar, eləcə də azərbaycanlı hərbçilərin meyitlərinin təhqir olunması müşahidə olunub. Ermənistanın bu vəhşilikləri faktlarla ifşa olunsa da dünyada hələ Ermənistanın bu əməllərinə lazimi hüquqi qiymət verilməyib.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, yalnız 44 günlük Vətən müharibəsində deyil, ondan öncə də ermənilər tərəfindən hərbi cinayətlər və terror aktları törədilib:

“Amma təəssüf olsun ki, “Amnesty International” və digər beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləməyiblər, hətta zaman-zaman Azərbaycanın əleyhinə qərəzli mövqe sərgiləyiblər. Bir növ ermənilərin vəhşiliklərini görməzdən gəliblər. Biz 44 günlük Vətən müharibəsində də beynəlxalq hüquqa əməl edərək, insan haqlarını qoruyaraq yalnız hərbçi və terroristlərə qarşı döyüşməklə yanaşı, eyni zamanda ermənilərin iç üzünü, əsl simasını dünya ictimaiyyətinə göstərə bildik. Azərbaycan bu əməli ilə həm də diqtə edən tərəfə çevrildi.

Beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda ermənilərin hərbi cinayətinə yer ayırmaq onu göstərir ki, Azərbaycan ermənilərin əsl simasını dünyaya göstərə bildi. Bu bizi qətiyyən arxayınlaşdırmamalıdır. Çünki bizə qarşı törədilən terror aktlarının, hərbi cinayətlərin, ərazimizdə bizə dəymiş ziyanın hüquqi tərəflərini mütləq dünya ictimaiyyətinə çatdırmalıyıq. Çalışmalıyıq ki, bütün insan haqları və hərbi cinayətlərlə bağlı beynəlxalq təşkilatların rəylərində ermənilərin törətdiyi hərbi cinayətlər yer alsın. Belə olan halda Azərbaycanın mövqeyi daha da güclənəcək. Gələcəkdə həm bizə dəymiş ziyanın təzminatını tələb edən zaman, həmçinin beynəlxalq məhkəmələrdə öz haqqımızı tələb etdiyimiz zaman bu hesabatların çox böyük rolu olacaq. Bu hesabatlarda ermənilərin hərbi cinayətlərinin yer alması ona imkan verir ki, biz erməni xəstə təfəkkürünün, erməni faşist ideologiyasının regionda tamamilə sona çatması üçün beynəlxalq təşkilarları səfərbər edə bilərik. Onlar Ermənistanın bu yanaşmasına müəyyən qədər təzyiq və təsir göstərə bilər”.

“İstənilən halda çox təəssüflər olsun ki, bu cinayətlərin törədildiyi fakt ortada olsa da, Azərbaycan bütün beynəlxalq platformalarda buna yer ayırsa da, hələ də real bir nəticə görmürük” – deyə, Həmzəyev fikirlərinə əlavə edib:

“Bu siyasətimizi davam etdirməliyik ki, ermənilər öz cəzalarını alsınlar. Ermənistanda tamamilə faşist ideologyasına söykənmiş və terror üzərində qurulmuş siyasi və həbi elita var. Onlar bu gün də o ideologiyanı davam etdirirlər, qisas almaq, nə vaxtsa təkrar müharibə etmək fikrindədirlər. Ancaq tarix unudulmur, tək elə Xocalı faciəsində çəkilən videolar deməyə imkan verir ki, ermənilər ötən əsr boyu azərbaycanlılara qarşı çoxlu sayda terror aktları törədiblər. Xocalı da onların ən böyüyüdür. 44 günlük Vətən mühasibəsində dinc vətənlaşların yaşadığı ərazilərə onlar tərəfindən raketlərin atılması onu göstərir ki, dövr dəyişsə də, silahlar dəyişsə də ermənilər öz məkrli fikirlərindən əl çəkmədilər. Biz də Türk mediasının imkanlarından istifadə edərək dünya ictimaiyyətinə mütəmadi olaraq ermənilərin hərbi cinayətləri və terror aktları barədə məluat verməliyik”.

Paylaş:
533

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər