Rüstəm Muradov Ermənistanın “əsirlər”lə bağlı xəbərini yalanladı: “Əhalini çaşqınlığa salırlar” | 1news.az | Xəbərlər
Ermənistan

Rüstəm Muradov Ermənistanın “əsirlər”lə bağlı xəbərini yalanladı: “Əhalini çaşqınlığa salırlar”

14:44 - 09 / 04 / 2021
Rüstəm Muradov Ermənistanın “əsirlər”lə bağlı xəbərini yalanladı: “Əhalini çaşqınlığa salırlar”

“Erməni hərbi əsirlərin Bakıdan gözlənilən gəlişi barədə xəbərlər təxribat idi”.

1news.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov “Hraparak” qəzetinə açıqlamasında bildirib.

Muradov Ermənistan rəsmilərinin niyə məhbus mübadiləsinin həyata keçiriləcəyini elan etməsi ilə bağlı jurnalistlərin sualını cavablandırıb.

“Yalanlar və təxribatlar. Onlardan soruşun. Əhalini çaşqınlığa salırlar”,- deyə R. Muradov qeyd edib.

Onun sözlərinə görə, “əsirlər”in qaytarılması planlaşdırılmamışdı, belə ki, bu, işgüzar səfər olub.

Xatırladaq ki, ötən gün Ermənistan mediasında Bakıdan növbəti hərbi əsirlərin gətirilməsi iddiası yayılsa da, daha sonra təyyarənin içində Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovdan başqa heç kimin olmadığının məlum olduğu barədə məlumat yayılıb.

Qeyd edək ki, rəsmi Bakı dəfələrlə Azərbaycanda hərbi əsirlərin olmadığını bəyan edib. Hətta dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında rəsmi İrəvanın “hərbi əsirlər”lə bağlı iddiasının bir daha əsassız olduğunu açıqlayıb: “Hərbi əsirlər mövzusu artıq həllini tapıb və bu məsələ bağlanıb. 10 noyabr bəyanatından sonra da Azərbaycan öz məsuliyyətli mövqeyini sərgilədi. Azərbaycan tərəfi 10 noyabrdan sonra Ermənistana 70-dən artıq hərbi əsir verdi, Ermənistan isə Azərbaycan tərəfinə 12-ə qədər hərbi əsir qaytarıb”.

Paylaş:
755

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər