Deputat: Monopoliyanın qarşısı alınarsa, məhsullar 40 faiz ucuzlaşar - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Deputat: Monopoliyanın qarşısı alınarsa, məhsullar 40 faiz ucuzlaşar - VİDEO

15:15 - 16 / 04 / 2021
Deputat: Monopoliyanın qarşısı alınarsa, məhsullar 40 faiz ucuzlaşar - VİDEO

Bu gün qiymət monopoliyasının qarşısı alınarsa, əsaslandırılmamış qiymət artımı tətbiq edilən məhsullar 40 faizədək ucuzlaşacaq.

1news.az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında millət vəkili Əli Məsimli deyib.

"Neft və qaza əsaslanan iqtisadiyyatdan insan amilinə əsaslanan iqtisadiyyata keçmək üçün mütləq sahibkarlıq və rəqabət münasibətləri inkişaf etməlidir. Həmçinin kiçik və orta biznesin Azərbaycan iqtisadiyyatında payını artırmaq lazımdır. Bu gün bu sahəyə qiymət monopoliyası təsir edir. İki istiqamətdə aparılan qiymət monopoliyası zamanı rəqibləri sıradan çıxarmaq üçün əvvəl qiyməti aşağı salıb, sonra qaldırırlar, ikincisi isə onları bazara buraxmırlar . Qiymət monopoliyasının qarşısı alınarsa, rəqabət mühiti tətbiq olunarsa, əsaslandırılmamış qiymət artımı olmayacaq və nəticədə qiymətlər 40 faizədək aşağı düşəcək. Bu gün əsaslandırılmamış qiymət artımı ümümi artımların 50 faizini təşkil edir", - o bildirib.

Millət vəkili onu da qeyd edib ki, əsaslandırılmamış qiymət artımını artıq dövlət qurumları da tətbiq edir:

"Əsaslandırılmamış qiymət artımını monopolistlər edir. Sonuncu dəfə isə bunu "Azərsu" ASC və Dövlət Neft Fondunun timsalında dövlət qurumları etdi. Bu da dünya praktikasında görünməyən haldır".

1news.az

Paylaş:
405

Son xəbərlər

Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55
Bütün xəbərlər