Azərbaycanda 20 aprelə olan koronavirus statistikası açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 20 aprelə olan koronavirus statistikası açıqlandı

Qafar Ağayev16:41 - 20 / 04 / 2021
Azərbaycanda 20 aprelə olan koronavirus statistikası açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 197 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4 203 nəfər vəfat edib, aktiv xəstə sayı 32 170 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 777, ötən müddət ərzində isə ümumilikdə 3 128 656 test aparılıb.

Paylaş:
801

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər