Azərbaycanda bu günə kimi vaksinasiya olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bu günə kimi vaksinasiya olunanların sayı açıqlanıb

S.Xankişiyeva16:56 - 20 / 04 / 2021
Azərbaycanda bu günə kimi vaksinasiya olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 830 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 981, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 352 210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899 213, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 452 997 təşkil edir.

Paylaş:
347

Son xəbərlər

Bütün xəbərlər