Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq

S.Xankişiyeva17:25 - 23 / 04 / 2021
Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq

Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti monitorinqlərin nəticəsinə görə 23 aprel tarixində Bakı və Abşeron yarımadasında gecə və səhər saatlarında tozun miqdarının normadan 5.9 dəfə çox olduğu qeydə alınıb.

22 aprel tarixində isə gün ərzində tozla bağlı orta çirklənmə, günün bəzi saatlarında isə yüksək çirklənmə səviyyəsi qeydə alınıb. Belə ki, tozun orta sutkalıq qatılığı normadan 3.2, günün bəzi saatlarında isə 4.7 dəfə yüksək olub.

Qeyd edək ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Bakı və Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb istiqamətli küləyin axşam saatlarından başlayaraq tədricən zəifləməsi (8-13 m/s) nəticəsində havada olan tozun konsentrasiyasının azalması gözlənilir.

Paylaş:
351

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər