Unibank birinci rübü mənfəətlə başa vurub – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank birinci rübü mənfəətlə başa vurub – FOTO – VİDEO

S.Xankişiyeva12:20 - 23 / 04 / 2021
Unibank birinci rübü mənfəətlə başa vurub – FOTO – VİDEO

“Unibank” KB ASC 2021-ci ilin 1-ci rübünün maliyyə nəticələrini açıqlayıb. Bank rübü əksər sahələrdə müsbət göstəricilərlə başa vurub.

Bu ilin 1-ci rübündə “Unibank”ın əldə etdiyi rüblük gəlir 2020-ci ilin ilk rübü ilə müqayisədə 16% artaraq 33 milyon manat olub. 31 mart 2021-ci il tarixə Bankın əldə etdiyi mənfəət isə (prudensial hesabat üzrə) 0,6 milyon manatdır. Bankın kapitalı da artaraq 98 milyon manata çatıb.

Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib.Maliyyə nəticələrinə əsasən, 1-ci rüb ərzində “Unibank”ın aktivlərinın həcmində 3 % artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 839 milyon manat təşkil edib. İlin əvvəlindən hesabat dövrünün sonunadək bankın məcmu kapitalının həcmində 2 % artım olub. Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 84 milyon manata çatıb.

Birinci rübün nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 19 milyon manat olub. Ötən ilin uyğun dövrü ilə müqayisədə 2021-ci ilin 1-ci rübündə “Unibank”ın faiz gəlirləri 14% artaraq, 26 milyon manat təşkil edib.

Bu ilin əvvəlindən etibarən Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. Təkcə birinci rüb ərzində “Unibank”ın ümumi kredit portfelinin həcmi 46 milyon manata yaxın- 8% artıb. İstər pərakəndə, istər biznes kreditlərinin ayrılmasında artım qeydə alınıb.

Hər zaman olduğu kimi bu il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi bu ilin əvvəlindən 10 % artıb. İlin əvvəlindən hesabat dövrünədək biznes sektoruna ayrılmış kreditlərin məbləği 46 milyon manat təşkil edib. Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində bank bu ilin birinci rübündə də pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını davam etdirib. “Unibank”ın Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində rüb ərzində 466 min manatlıq kənd təsərrüfatı təyinatlı güzəştli mikrokreditlər verilib.

“Unibank”ın depozit portfeli də rüb ərzində böyüyüb. Müddətli depozitlər ilin əvvəlindən 15,5 % artaraq 31 mart 2021-ci il tarixinə 386 milyon manat təşkil edib. Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu ilin ilk rübündə də bu sahəyə öz töhfəsini verib. Rüb ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə debet kartlar 26% artaraq 481 minə, kredit kartların sayı isə 35% artaraq 117 minə çatıb.

Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da zəruri edən pandemiya dövründə “Unibank”ın uBank tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır. Təkcə bu ilin əvvəlindən uBank-da qeydiyyatdan keçənlərin sayı 12,3 % artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk rübündə mobil tətbiq vasitəsilə aparılan kartla əməliyyat dövriyyəsi 37.5%, say olaraq isə 36% artıb.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 29 ilə yaxın mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Reklam hüququnda

Paylaş:
674

Son xəbərlər

Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02
Bütün xəbərlər