Niderlandda keçirilən aksiyalarda Ermənistandan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi tələb olunub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Niderlandda keçirilən aksiyalarda Ermənistandan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi tələb olunub - FOTO

S.Xankişiyeva17:00 - 24 / 04 / 2021
Niderlandda keçirilən aksiyalarda Ermənistandan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi tələb olunub - FOTO

Aprelin 24-də Niderland Krallığında yaşayan soydaşlarımız Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi ilə bağlı etiraz aksiyaları keçiriblər.

AZƏRTAC xəbər verir ki, aksiyalardan biri Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyevanın təşkilatçılığı ilə Haaqada Ermənistan səfirliyinin qarşısında baş tutub. Səssiz aksiyada soydaşlarımızla yanaşı, yerli sakinlər də iştirak ediblər.

COVID-19 epidemiyasına görə aksiyada çoxlu sayda insan toplaşmasına icazə verilməsə də, sanitar qaydalara riayət etmək şərti ilə kifayət qədər soydaşımız Ermənistan səfirliyinin qarşısına toplaşıb.

Aksiya iştirakçıları Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarımızda yerləşdirdiyi minaların xəritələrini Azərbaycana verməkdən imtina etməsinə etiraz olaraq müxtəlif plakatlar nümayiş etdiriblər. Həmçinin yerə Niderlandda matəm rəngi olan ağ rəngli ayaqqabılar düzülüb. Bununla soydaşlarımız azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirildiyini, ermənilərin qatil olduğunu bildiriblər.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə isə Amsterdam şəhərinin səmasında hava reklamı təşkil edilib. Aksiya çərçivəsində “Azərbaycanı minalardan azad et!” yazılmış lent təyyarə vasitəsi ilə səmada dalğalanıb.

Avropa Azərbaycanlıları Media qrupunun təşəbbüsü və Diaspora Komitəsinin dəstəyi, həmçinin Belçika -Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emin Əliyevin təşəbbüsü ilə isə Niderlandın Barneveld, Venlo və Zoetermeer-Haaga şəhərlərində avtobanların kənarında minaların insanları qətlə yetirməsini əks etdirən bildbordlar yerləşdirilib. Bildbordlarda “#ArmenianWarCrimes” həştəqi ilə “Ermənistan mina xəritələrini verməyərək, müharibə cinayəti törətməkdə davam edir”, “Mina xətirələri olmadan azərbaycanlı məcburi köçkünlər evlərinə qayıda bilmir”, “Ermənistan tərəfi yalanlar söyləyir, məqsədləri azərbaycanlı məcburi köçkünlərin azad edilmiş torpaqlara qayıdışını gecikdirməkdir” kimi şüarlar yazılıb. Plakatlarda mina partlayışını, azad edilmiş ərazilərimizdən tapılan minaları əks etdirən şəkillər nümayiş olunur.

Paylaş:
423

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər