Sağlam düşünən heç bir insan Ermənistana investisiya qoymaz - Koçaryan | 1news.az | Xəbərlər
Ermənistan

Sağlam düşünən heç bir insan Ermənistana investisiya qoymaz - Koçaryan

S.Xankişiyeva16:00 - 28 / 04 / 2021
Sağlam düşünən heç bir insan Ermənistana investisiya qoymaz - Koçaryan

Sağlam düşünən heç bir insan Ermənistana investisiya qoymaz.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib.

O bildirib ki, ölkədə bank sistemi dağılıb, biznesmenlər təqib olunur, hədələnir:

"Təkcə bir cümlə kifayət edir ki, bütün investisiyaların üstündən xətt çəkilsin. Baş nazir deyəndə ki, hər biznesmenə bir Milli Təhlükəsizlik Xidməti əməkdaşı təhkim olunacaq, bu onu göstərir ki, investor psixologiyası barədə bilik sıfır səviyyəsindədir. Bu cür səfehliyi düşünmək belə çətindir".

Paylaş:
907

Son xəbərlər

Bütün xəbərlər