Ermənistan prezidentinə qarşı cinayət işi açılıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan prezidentinə qarşı cinayət işi açılıb

16:32 - 03 / 05 / 2021
Ermənistan prezidentinə qarşı cinayət işi açılıb

Ermənistan baş prokurorluğu ölkə prezidenti Armen Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi barədə cinayət işi açıb.

1news.az Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın Vəkillər palatasının rəhbəri Ara Zohrabyan deyib.

O bildirib ki, prokurorluq cinayət işini 53 vəkilin 30 mart tarixli müraciəti əsasında sənədlərin saxtaşdırılması maddəsi ilə açıb.

Qeyd olunur ki, Armen Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniya vətəndaşlığına malik olub.

Ermənistan qanunlarına əsasən, ölkə prezidenti seçilməmişdən altı il əvvəl Ermənistan vətəndaşlığı almalıdır.

Vəkillər iddia edir ki, A.Sarkisyan 2018-ci ildə 6 il tam başa çatmamış, qanunu pozmaqla prezident seçilib.

1news.az

Paylaş:
911

Son xəbərlər

Bütün xəbərlər