Sahibə Qafarova İƏT PA çərçivəsində Özbəkistan parlamentinin Spikeri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova İƏT PA çərçivəsində Özbəkistan parlamentinin Spikeri ilə görüşüb - FOTO

Qafar Ağayev11:40 - 02 / 06 / 2021
Sahibə Qafarova İƏT PA çərçivəsində Özbəkistan parlamentinin Spikeri ilə görüşüb - FOTO

İyunun 1-də Milli Məclisin Sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA-nın) İslamabadda keçirilən tədbirində iştirak edən Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az xəbər verir ki, görüşdə Spiker Azərbaycan və Özbəkistanın dost və yaxın ölkələr olduğuna diqqət çəkərək, xalqlarımız arasındakı oxşar dini və mənəvi dəyərlərin əlaqələrimizin daha da dərinləşməsinə yaxşı imkan yaratdığını söyləyib. Bildirib ki, müstəqillik əldə etdikdən sonra münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə qalxmasında dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar əhəmiyyətli rol oynayıb. Yüksək səviyyəli siyasi dialoq digər sahələrdə də münasibətlərimizin inkişafına müsbət təsirini göstərmişdir.

Görüşdə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfər barədə danışan Milli Məclisin Sədri ölkəmizin BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə reallaşdırdığını bildirib. O, qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib. İndi isə bu ərazilərdə bərpa və quruculuq dövrü başlayıb. Reallıqlarla barışmaq istəməyən Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, sərhədlərin delimitasiyası məsələsində təxribatlara əl atır. Bütün bunlara baxmayaraq, Azərbaycan öz qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlayır.

Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nurdinjon İsmoilov Milli Məclisin Spikeri ilə görüşdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, Özbəkistanda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin əlaqələrimizin inkişafındakı xidmətlərini yüksək qiymətləndirir və xatirəsini əziz tuturlar.

Söhbətdə bildirilib ki, Özbəkistan ictimaiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan yaxşı xəbərdardır və Qafqazın bu bölgəsində baş verən prosesləri yaxından izləyir.

N.İsmoilov siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, deputatların qarşılıqlı səfərləri tərəfləri düşündürən məsələlərin müzakirəsi baxımından çox önəmlidir.

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər barədə danışılıb.

Paylaş:
423

Son xəbərlər

KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53
Bütün xəbərlər