Fransa senatoru mina xəritələrinin Azərbaycana verilməməsi ilə bağlı Avropa və Xarici İşlər Nazirliyinə sual ünvanlayıb
Xarici İşlər Nazirinə müraciət edərək Dağlıq Qarabağdakı vəziyyətlə bağlı yazılı sual ünvanlayıb.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan-Fransa Parlamentlərarası işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyev özünün “Twitter” və “Facebook” səhifələrində məlumat verib. C. Feyziyevin bildirdiyinə görə, Senatın Müraciətlər jurnalında qeydiyyatdan keçmiş 23090 saylı sual 3490-cı səhifədə dərc olunub və sualın mətnində deyilir:
“Azərbaycan 1992-ci ildən bəri Ermənistanın qanunsuz olaraq işğal etdiyi ərazilərə nəzarəti bərpa etdikdən sonra çətin bir vəziyyətlə üzləşib. Əslində, uzun illər ərzində Avropa Şurası Parlament Assambleyasının çoxsaylı tövsiyələrinin mövzusu olan dağıntılarla yanaşı ərazilərin minalardan təmizlənməsi məsələsi də olduqca vacibdir.
Ermənistan, beynəlxalq hüquq normalarına zidd olaraq, minaların yerləşdirilməsi xəritələrini verməkdən imtina edir. Qanunsuz olaraq işğal etdikləri Laçın, Ağdam, Kəlbəcər və digər əraziləri tərk edərkən məğlub olduqlarını bilən ermənilər əraziləri minalayıblar. Bu xəritələrin verilməməsi səbəbindən, piyada və tank əleyhinə minaların partlaması nəticəsində 20 mülki şəxs həyatını itirib və daha 85 nəfər ağır yaralanıb.
Ermənistanın xəritələri Azərbaycan hökumətinə təqdim etməsi üçün Fransa hökümətinin hansı addımları atmaq istədiyini bilmək istərdim və bununla bağlı Avropa və Xarici İşlər Nazirliyindən cavab gözləyirəm”.
Millət vəkili onu da qeyd edib ki, senator Natali Qule Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu bütün müddət ərzində ermənilərin işğal siyasətinə qəti etiraz edən və beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyini ardıcıl olaraq dəstəkləyən Fransa siyasətçisidir.
"Azərbaycanın etibarlı dostu Natali Qule 25 noyabr 2020-ci ildə Fransa Senatında müzakirə olunaraq Azərbaycan əleyhinə qəbul olunmuş qərəzli Qətnamənin əleyhinə səs vermis yeganə senator olmuşdu".