Azərbaycan millisinin Tokio-2020-dəki bayraqdarı açıqlanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan millisinin Tokio-2020-dəki bayraqdarı açıqlanıb

13:18 - 25 / 06 / 2021
Azərbaycan millisinin Tokio-2020-dəki bayraqdarı açıqlanıb

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan yığmasının bayrağını cüdoçu Rüstəm Orucov daşıyacaq.

1news.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

O bildirib ki, keçən Olimpiadada qızıl medal alan idmançılardan bu ilki yarışa qatılan olmayacağı üçün gümüş medalçı Orucov bayraqdar olacaq: “Rüstəm bu baxımdan ideal seçimdir”.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

1news.az

Paylaş:
572

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər