İsti hava kəndi külə çevirdi - VİDEO | 1news.az | Xəbərlər
Dünya

İsti hava kəndi külə çevirdi - VİDEO

17:59 - 02 / 07 / 2021
İsti hava kəndi külə çevirdi - VİDEO

Kanadanın qərbində istilər səbəbilə baş verən yanğınlar bir kəndin tamamilə külə çevrilməsinə səbəb olub.

1news.az xəbər verir ki, Litton kəndi 15 dəqiqə ərzində külə çevrilib. "CBC News"in məlumatına görə, kənddə 300-ə qədər sakin yaşayır. Onlar son anda xilas ola biliblər. Kənddə temperatur göstəricisi rekord həddə 49,6 dərəcəyə çatır. Bu bölgədə son 100 ilin ən yüksək göstəricisidir.

Britaniya Kolumbiyasında son 1 həftə ərzində istilər səbəbilə 500-ə qədər insan həyatını itirib.

1news.az

Paylaş:
587

Son xəbərlər

Bütün xəbərlər