ÜST rəhbəri: “Delta” ştammı peyvənd olunmayanlar arasında sürətlə yayılır | 1news.az | Xəbərlər
Dünya

ÜST rəhbəri: “Delta” ştammı peyvənd olunmayanlar arasında sürətlə yayılır

10:40 - 02 / 07 / 2021
ÜST rəhbəri: “Delta” ştammı peyvənd olunmayanlar arasında sürətlə yayılır

“Hazırda koronavirusun “Delta” ştammı azı 96 ölkədə mövcuddur və peyvənd olunmayanlar arasında sürətlə yayılır.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə bildirib.

Onun sözlərinə görə, “Delta” müəyyən edilmiş COVID-19-un ən yoluxucu variantıdır: “Koronavirusun yayılmasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməliyik”.

1news.az

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər