“Neftçi” – “Dinamo” oyununu moldovalı hakimlər idarə edəcək | 1news.az | Xəbərlər
İdman

“Neftçi” – “Dinamo” oyununu moldovalı hakimlər idarə edəcək

17:25 - 05 / 07 / 2021
“Neftçi” – “Dinamo” oyununu moldovalı hakimlər idarə edəcək

Çempionlar Liqasının “Neftçi” – “Dinamo” oyununun hakimləri açıqlanıb.

1news.az-ın məlumatına görə, I təsnifat mərhələsinin cavab oyununu moldovalı hakimlər briqadası idarə edəcək.

İyulun 14-dəki görüşün baş hakimi Dumitri Muntean olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol yardım edəcək. Dördüncü hakim funksiyasını Qabriel Tupiçika yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan çempionlarının qarşılaşması “Bakcell Arena”da baş tutacaq. Matç saat 21:00-da başlayacaq.

1news.az

Paylaş:
855

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər