“Prezidentin məhz 7 iyulda iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərman imzalaması ədalətin bərpası idi” – Cavid Osmanov | 1news.az | Xəbərlər
Siyasət

“Prezidentin məhz 7 iyulda iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərman imzalaması ədalətin bərpası idi” – Cavid Osmanov

Qafar Ağayev17:41 - 08 / 07 / 2021
“Prezidentin məhz 7 iyulda iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərman imzalaması ədalətin bərpası idi” – Cavid Osmanov

“Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Fərmanla yeni iqtisadi zonaların formalaşdırılması zəruri bir addım idi”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib:

“Bu, işğaldan azad edilmiş ərazilərimizin, o cümlədən digər iqtisadi zonalara bölünmüş ərazilərimizin yeni inkişaf mərhələsini müəyyənləşdirən bir fərmandır. Heç şübhəsiz ki, Vətən müharibəsi bitəndən sonra, Azərbaycan parlaq qələbə qazandıqdan sonra cənab Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizin uğurla inkişafı istiqamətində addımlar atılır. Kommunikasiya xətləri çəkilir, infrastruktur layihələri həyata keçirilir. Bildiyimiz kimi, Ağdam rayonunun baş planı təsdiqlənib, orada işlər başlanılıb. Bu, o deməkdir ki, bu ərazilər sürətlə inkişaf edəcək.

Digər bir tərəfdən Fərmanda öz əksini tapan Şərqi Zəngəzur iqtisadi zonası çox maraqla qarşılanıb. Bu da o deməkdir ki, bu ərazilər Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. İqtisadi rayonların bölgüsündə Xankəndinin, Xocalının və Xocavəndin adının əks olunması bir daha Ermənistanda bəzi qüvvələr, o cümlədən onların havadarları tərəfindən müəyyən spekulyativ söz-söhbətin qarşısını aldı və bir daha təsdiq etdi ki, bu torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır, yaxın zamanda həmin torpaqlarda da Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq, Azərbaycanın qanunları işləyəcək”.

C.Osmanov bildirib ki, birmənalı olaraq Prezident İlham Əliyev imzaladığı fərmanla 98 illik ədalətsizliyə son qoydu:

“1923-cü il 7 iyul tarixində ədalətsiz bir qərar verilərək Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Bilirik ki, Zəngəzur, hətta İrəvan Azərbaycanın torpaqları olub. Əlbəttə ki, biz indiki mərhələdə qonşu dövlətə qarşı hər hansı torpaq iddiası ilə çıxış etmirik, sadəcə məhz 7 iyul tarixində cənab Prezident tərəfindən Sərəncam imzalanması ədalətin bərpa olunması idi”.

Paylaş:
686

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər