Dubay limanında güclü partlayış olub – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Dubay limanında güclü partlayış olub – VİDEO

10:23 - 08 / 07 / 2021
Dubay limanında güclü partlayış olub – VİDEO

Dubayda Jebel-Ali limanını ərazisində güclü partlayış baş verib.

1news.az xəbər verir ki, hadisə limanda olan neft tankerində qeydə alınıb. Partlayışdan sonra gəmidə yanğın başlayıb.

Səlahiyyətlilər bildiriblər ki, alovlanma gəminin göyərtəsində yerləşən və içində tez alışan maddələrin olduğu konteynerlərdən birinin partlaması nəticəsində olub.

Mülki müdafiə idarəsi yanğını nəzarət altına ala bilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

1news.az

Paylaş:
654

Son xəbərlər

Bütün xəbərlər