Pakistanın sabiq Prezidenti Məmnun Hüseyn vəfat edib | 1news.az | Xəbərlər
Dünya

Pakistanın sabiq Prezidenti Məmnun Hüseyn vəfat edib

Qafar Ağayev09:25 - 15 / 07 / 2021
Pakistanın sabiq Prezidenti Məmnun Hüseyn vəfat edib

Pakistanın sabiq prezidenti Məmnun Hüseyn ötən gecə Kəraçidə müalicə olunduğu xəstəxanada vəfat edib.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, Məmnun Hüseyn xərçəng xəstəliyindən əziyyət çəkib.

Azərbaycanın dostu olan sabiq prezident 1940-cı ildə Hindistanın Aqra şəhərində dünyaya gəlib, 1969-cu ildən siyasətlə məşğul olub, müxtəlif vəzifələrdə çalışıb.

Məmnun Hüseyn 2013-2018-ci illərdə Pakistanın 12-ci Prezidenti olub.

Paylaş:
781

Son xəbərlər

Bütün xəbərlər