Əsəd Qeysər: “Pakistan bayrağının Azərbaycan və Türkiyə bayraqları ilə birlikdə dalğalanması bizim üçün xoşdur”
“Azərbaycan xalqını 44 günlük müharibədə qələbə münasibəti ilə təbrik edirəm”.
1news.az xəbər verir ki, bu barədə Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin Milli Məclisdə keçirilən üçtərəfli görüşündə deyib.
Ə.Qeysər bildirib ki, bu qələbəyə Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlığı, Azərbaycan xalqının birliyi nəticəsində nail olundu:
“Bizim üçün çox xoşdur ki, Pakistan bayrağı Azərbaycan və Türkiyə bayraqları ilə birlikdə dalğanalırdı. Azərbaycanın qələbəsi Pakistanda da yüksək səviyyədə qeyd oludnu. Bilirəm ki, bu qələbə çox baha başa gəlib, bu yolda şəhid olanlara Allahdan rəhmət diləyirəm”.
556