Millimizin məşqçi heyəti Olimpiadaya görə qovuldu
Avqustun 2-də Azərbaycan Cüdo Federasiyasında (ACF) vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib.
1news.az ACF-in saytına istinadən məlumat verir ki, iclasda federasiyanın baş katibi Elmar Babanlı, Daimi Fəaliyyət Komissiyasının sədri Ağayar Axundzadə, baş katibin müavini Elnur Əşrəfoğlu, əsas və gənclərdən ibarət milli komandaların aparıcı cüdoçuları iştirak ediblər.
Kişilərdən ibarət cüdo millimizin Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun bütün köməkçiləri komandadan göndərilib.
Həmçinin yüksək əmək haqqı alan cüdoçuların maaşlarının onların son bir ildə beynəlxalq nüfuzlu yarışlardakı nəticələrinə uyğun ödəniləcəyi barədə qərar verilib. Kişilərdən ibarət cüdo üzrə milli komandanı çalışdırmaq müvəqqəti olaraq gənclərdən ibarət millinin baş məşqçisi Elçin İsmayılova tapşırılıb.
1news.az