Erməni idmançı Olimpiadadan qovulub | 1news.az | Xəbərlər
İdman

Erməni idmançı Olimpiadadan qovulub

11:28 - 03 / 08 / 2021
Erməni idmançı Olimpiadadan qovulub

Tokio-2020 Yay Olimpiya Oyunlarında erməni əsilli Gürcüstan atleti Benik Abramyan yarışdan kənarlaşdırılıb.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, nüvə itələmədə qüvvəsini sınayan idmançı dopinq səbəbindən cəzalanıb.

O, antidopinq qaydalarını pozması üzündən Olimpiadadan qovulub.

Bunu Beynəlxalq Dopinq Testləşdirmə Agentliyinin (İTA) mətbuat xidməti açıqlayıb. Bildirilib ki, Abramyanın iyulun 31-də verdiyi A probunda deqidroxlormetil-testosteron, metandienon və tamoksifen aşkarlanıb. İdmançı B probunun yoxlanılmasını tələb etmək hüququna malikdir.

Qeyd edək ki, kişilərin nüvə itələmə yarışı bu gün start götürür.

1news.az

Paylaş:
489

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər